...

Kategori: Ekskursiya

“AEM Elektron” şirkətində ofis ziyarəti həyata keçirildi!

16 Mart tarixində Marsol Development Centerin  nin ofisinə ziyarəti baş tutdu. Ofis ziyarəti “gənc sahibkar” qrupumuzun iştirakçılari ilə həyata keçirildi. Şirkətin təsisçisi Mirzə Cahangirov gənclərimizə şirkət haqqında həm ətraflı məlumat verdi, həm də suallarını cavabladı. Gənclər şirkətin ofisini gəzərək, şirkət tərəfindən satışı həyata keçirilən bir çox fərqli elektronik əşyaların haqqında öyrəndilər.  

Ofis və İstehsalat ziyarəti – “Qayo Group”

“Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Gənc Sahibkar” qrupunun iştirakçıları bu dəfə Qayo Group-un istehsalatını ziyarət ediblər. Uşaqlar istehsalat sahəsini gəzərək kabel, boru və salafan istehsalı ilə tanış olublar. Bu məhsulların tərkib hissələri, onların tərkibindəki əsas maddələr və istehsal prosesi ilə yaxından tanış olaraq məlumat alıblar. Görüşün davamında Qayo Group-un ofisində şirkətin direktoru Vüqar Səfərov bu sahəyə […]

Ofis Ziyarəti – “Autolux”

“Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində iştirakçılar bu dəfə bir çox avtomobil brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi olan “Autolux” şirkətində unudulmaz təcrübə yaşayıblar. Əvvəlcə ofisdə təşkil olunan çay süfrəsi ətrafında şirkətin müştəri xidmətləri üzrə rəhbəri Samirə Qədirova “Autolux”un fəaliyyəti ilə bağlı təqdimat edib. Ardından uşaqlar şirkətin qalereyasını ziyarət edərək müxtəlif markalı avtomobillərlə tanış olublar. Maraqlı ekskursiyada Samirə xanımın […]

Ofis Ziyarəti – “Medical Media”

30 sentyabr “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Gənc Sahibkar” və “Sahibkarlıqda Mühəndislik” qruplarının iştirakçıları ilə səhiyyə sahəsində eksklüziv xəbər şəbəkəsinə malik, ilk audiovizual platforma olan “Medical Media” şirkətinin ofisini ziyarət etdik. Uşaqlar üçün əyləncəli və faydalı olduğunu düşündüyümüz ekskursiyada “Medical Media”nın rəhbəri Azər Xudiyev çay süfrəsi ətrafında medianın dərinliklərindən danışdı. O, yayım resursları üzərindən fasiləsiz canlı […]

Ofis Ziyarəti – “Focus Optika”

23 sentyabr tarixində “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Gənc Sahibkar” və “Sahibkarlıqda Mühəndislik” qruplarının iştirakçıları ilə Azərbaycanın ən böyük optik şəbəkələrindən biri olan “Focus Optika” şirkətinə ofis ziyarəti təşkil etdik. Burada uşaqlar çay süfrəsi ətrafında şirkətin təklif etdiyi keyfiyyətli məhsullar, “Free-Form” texnologiyası ilə hazırlanmış optik şüşələr, son dəbə uyğun çərçivələr və həyata keçirilən maarifləndirici fəaliyyətlərlə tanış […]

“Gələcəyin Sahibkarları” yerli şirkətlərin tanıtım sərgisinidə

10 iyun tarixində “Marsol Karyera və İnkişaf Mərkəzi”nin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsində iştirak edən şagirlər “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisini ziyarət edərək sahibkarlarla birgə konfransa qatıldılar. Konfrans proqramı çərçivəsində panel müzakirəçilər “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzusunda keçirilən panel müzakirədə müasir texnologiyaların rəqabətli və […]

Lənkəran – Ekskursiya

29 aprel tarixində Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində Lənkəran şəhərinə ailəvi səfər baş tutub. Səfərdə şagirdlər və onların valideynləri iştirak ediblər. Ekskursiya zamanı uşaqlar maraqla sahibkarlıq fəaliyyətinin incəlikləri ilə tanış olub, suallarını verərək məlumat əldə ediblər. Səfər çərçivəsində iki müəssisəyə ekskursiya keçirilib. İlk olaraq qrup “La Ran” qənnadı və […]

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.