...

Kategori: Uncategorized

“Soft Skills Camp” yekunlaşdı!

Marsol Karyera və İnkişaf Mərkəzi tərəfindən “Soft Skills Camp” layihəsi həyata keçirildi. Düşərgə 5-8 İyul 2024-cü il tarixlərində, Quba şəhərində, “Gələcəyin Sahibkarları” layihəsinin gənclərinin iştirakı ilə baş tutdu. 4 gün davam edən düşərgədə “Soft Skills nədir?”, “Critical thinking”, “Effektiv Ünsiyyət” kimi təlimlər və bir çox komanda işləri keçirildi. Asudə zamanlarda isə əyləncə və zəka oyunlarına […]

NextGen adlı tədbir yekunlaşdı!

Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları məzun olub. 4 may tarixində məzuniyyət günü ilə əlaqədar “NextGen” adlı tədbir təşkil olunub.   Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, eləcə də gənclərlə birlikdə valideynləri iştirak edib.   Tədbir “Şuşam” kamera xorunun Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. Ardınca tədbirin rəsmi hissəsində öz […]

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” ilə görüş həyata keçirildi!

9 Aprel tarixində Marsol Development Center “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” ilə görüş həyata keçirdi. Baş tutan görüşdə “Gənc Sahibkar” qrupumuz da iştirak etdi. Görüş zamanı TKTA-nin sədri Tural Əhmədov və qurumun əməkdaşları gənclərimizə fəaliyyətləri haqqında danışıb, suallarını cavabladılar. Görüş bitdikdən sonra gənclər Agentliyin binasını gəzərək, müxtəlif şöbələrin iş prosesini yaxından izləmə şansı qazandılar.  

Gənc Sahibkarlarımız MTV Televiziyasında!

“Gənc Sahibkar” qrupumuz MTV televiziyasının qonağı oldu! “Yeni Səhər” verilişinin qonağı olan gənclərimiz, “Gənc Sahibkar” qrupunun onlara faydalarından və şəxsi startUP layihələrindən danışdılar. Gənclərimizin fikirləri və layihələri haqqında verdikləri məlumatlar hər kəsdə maraq oyatdı.

“Gənc Sahibkar” qrupunun iştirakçıları sahibkarlarla “Mafia” oyununda

“Marsol Development Center”in təşkilatçılığı ilə “La Liga Lounge Center”də “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları və Marsol Group partnyoru olan sahibkarlar arasında “Mafia” oyunu keçirildi. 21 dekabr tarixində keçirilən “Mafia” oyununda iştirak edən gənclər və sahibkarlar üçün xoş vaxt keçirmək fürsəti yarandı. Oyun zamanı “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində gənclər üçün müxtəlif fəaliyyətlərin müzakirəsi aparıldı. Bununla yanaşı, “Gənc […]

“Peşələrarası səyahət” layihəsi çərçivəsində ilk səfərimiz – “Məlhəm Beynəlxalq Hospital”

2 dekabr tarixində “Peşələrarası səyahət” layihəsi çərçivəsində “Gənc Sahibkar” və “Sahibkarlıqda Mühəndislik” qruplarının iştirakçıları ilə ilk təcrübəmiz “Məlhəm Beynəlxalq Hospital”da baş tutdu. Hospitalın icraçı direktoru Sevda Əlizadə uşaqlarla görüşərək, klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri barədə məlumat verib onları hospital ilə yaxından tanış etdi. Layihə çərçivəsində uşaqlara təcili tibbi yardım briqadası tərəfindən tibbi müayinə edildi. […]

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.