...

Kipr-İstanbul Biznes Tur & Best Diplomats layihəsi yekunlaşdı!

Kipr-İstanbul Biznes Tur & Best Diplomats layihəsi yekunlaşdı!

Marsol Development Center tərəfindən 26 Fevral, 4 Mart tarixlərində “Kipr-İstanbul” Biznes Tur & “Best Diplomats” layihəsi həyata keçirildi.

Turun ilk mərhələsi 4 gün müddətində Kiprdə baş tutdu. İştirakçılar Kirpdəki ən önəmli, nüfuzlu və böyük şirkətlərin rəhbərləri ilə tanış olub, ofis və istehsalat ziyarətlərində oldular. Davamlı inkişaf edən bu şirkətlərin iş prinsipini öyrənmək gənclərimizə əvəzsiz təcrübə qazandırdı.

Daha sonra 1 mart tarixindən etibarən, iştirakçılar İstanbulda “Best Diplomats” layihəsinə qatıldılar.

Bu layihə gənclərə müxtəlif ölkələrdən olan nümayəndələr, iştirakçılarla tanışlıq, beynəlxalq mövzularda debat və bu debatın gedişatını əsl diplomat olaraq icra etmək şansını qazandırdı. Hər bir iştirakçı beynəlxalq sertifikatla mükafatlandırıldı.

 

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.