...

Şam Master Klası

Şam Master Klası

Estetik görünüşü və ətri ilə evinizin əvəzedilməz əşyasını öz əllərinizlə hazırlamaqdan daha yaxşısı ola bilməz.
İlk öncə şam master klassımızda təcrübəli usta şamın tərkibinə əlavə edilən təbii məhsullar, xüsusi ətirlər, rənglər və bəzəklər barədə ətraflı məlumat verdi. Şamın hazırlanma qaydalarını və sirlərini öyrəndikdən sonra hər kəs özünəməxsus formada dekorativ şamını hazırladı. Daha sonra valideynlərimizlə çay süfrəsində bu fəaliyyətlə bağlı öz təəssüratlarımızı bölüşdük.
Hər bir iştirakçımızın maraqlı baxış açısı, səmimi ünsiyyəti, enerjisi bizim üçün çox özəldir!
Valideynlərimizlə birgə həm zövqlü əl işləri, həm də gözəl xatirələr yaratdıq.

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.