...

“Gələcəyin sahibkarları” layihəsi çərçivəsində P4C proqramının ilk görüşü

“Gələcəyin sahibkarları” layihəsi çərçivəsində P4C proqramının ilk görüşü

P4C (Philosophy For Children) uşaqlar və yeniyetmələrdə idrak prossesləri və sosial bacarıqları inkişaf etdirən bir metoddur. Bu, düşüncə və ünsiyyət bacarıqlarını təkmilləşdirən, akademik nailiyyətləri dəstəkləyən innovativ təhsil metodudur.

Halhazırda diqqət mərkəzində olan mövzulardan biri süni intellekt, robortlaşan dünya, hətta insansız fabriklərdir. Düşünün ki, fabrik var amma içərisində insan yoxdur. Bəs biz nə etməliyik ki, XXI əsrə uyğunlaşaq və dəyər qata bilək?
Bunun əsas yolu robortların edə bilmədiyini etmək, yəni yaradıcı təfəkkür, analitik zəka və həyata fərqli gözlərlə baxmağı öyrənməkdir. Bizim məqsədimiz də P4C ilə uşaqların bu bacarıqlara yiyələnməsidir.
Məqsədimiz fəlsəfə öyrətmək deyil, onlarla birlikdə həyat fəlsəfəsi yaratmaqdır. Bütün yaş qrupları üçün təşkil etdiyimiz P4C proqramının faydalı olacağına inanırıq.

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.