...

“Gələcəyin Sahibkarları” yerli şirkətlərin tanıtım sərgisinidə

“Gələcəyin Sahibkarları” yerli şirkətlərin tanıtım sərgisinidə

10 iyun tarixində “Marsol Karyera və İnkişaf Mərkəzi”nin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsində iştirak edən şagirlər “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisini ziyarət edərək sahibkarlarla birgə konfransa qatıldılar.
Konfrans proqramı çərçivəsində panel müzakirəçilər “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzusunda keçirilən panel müzakirədə müasir texnologiyaların rəqabətli və dayanıqlı bizneslərin formalaşmasında rolu, bizneslərin rəqəmsallaşması, aqrobiznes sektorunda innovativ texnologiyalar, biznesdə şəbəkələşməyə texnologiyaların təsiri məsələləri barədə danışıqlar aparıldı. “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları tərəfindən mövzu çərçivəsində verilən suallar da panel müzakirəçiləri tərəfindən cavablandırıldı.
Daha sonra “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları sərgidə gəzinti edərək kənd təsərrüfatı, qida, İKT, təhsil, tikinti, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin xidmət və nümayişləri ilə tanış olublar.

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.