“Marsol Development Center”in təşkilatçılığı ilə “La Liga Lounge Center”də “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları və Marsol Group partnyoru olan sahibkarlar arasında “Mafia” oyunu keçirildi.
21 dekabr tarixində keçirilən “Mafia” oyununda iştirak edən gənclər və sahibkarlar üçün xoş vaxt keçirmək fürsəti yarandı. Oyun zamanı “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində gənclər üçün müxtəlif fəaliyyətlərin müzakirəsi aparıldı. Bununla yanaşı, “Gənc Sahibkar” qrupunun iştirakçıları öz startap layihələri haqqında məlumat verərək sahibkarlardan investisiya ilə bağlı məsləhətlər alıblar. Oyunun əsas məqsədi gənclərdə gələcəyin liderləri olan uşaqları kiçik yaşlarından sahibkarlıq və liderlik keyfiyyətləri ilə tanış etmək, onlarda komanda ruhu formalaşdırmaq, ictimai çıxış vərdişlərinin yaranmasına şərait yaratmaqdır.
Bir yanıt yazın