...

Lənkəran – Ekskursiya

Lənkəran – Ekskursiya

29 aprel tarixində Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində Lənkəran şəhərinə ailəvi səfər baş tutub. Səfərdə şagirdlər və onların valideynləri iştirak ediblər. Ekskursiya zamanı uşaqlar maraqla sahibkarlıq fəaliyyətinin incəlikləri ilə tanış olub, suallarını verərək məlumat əldə ediblər.
Səfər çərçivəsində iki müəssisəyə ekskursiya keçirilib. İlk olaraq qrup “La Ran” qənnadı və şokolad fabrikinə baş çəkib. Fabrikin inkişaf tarixi və hazırda burada həyata keçirilən istehsal prosesləri barədə ətraflı məlumat alıblar. Fabrikin fəaliyyəti və məhsulları barədə müəssisənin rəhbəri Nurlan bəy tərəfindən məlumat verilib. O, məhsulun yüksək keyfiyyət standartlarına uyğun istehsalı üçün həyata keçirdikləri tədbirlərdən danışıb. “La Ran” məhsulları həm Azərbaycan bazarına, həm də xarici bazarlara ixrac olunur.
Növbəti ekskursiya “Yaşıl Çay” fermer təsərrüfatına olub. Təsərrüfatın rəhbəri Əli bəy qonaqları qarşılayaraq təsərrüfatın tarixi, fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib. O, çay bitkisinin əkilib-becərilməsi, yığımı və emalı proseslərini qonaqlara nümayiş etdirib. “Yaşıl Çay” fermer təsərrüfatı “Lənkəran” çayı brendini hazırlayır və həm Azərbaycanda, həm də xarici ölkələrdə satışını həyata keçirir.
Beləliklə, səfərimizin əsas məqsədlərindən biri də uşaqları sahibkarlıq fəaliyyəti ilə əyani tanış etmək, onlara müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin iş prinsipləri və gələcək inkişaf perspektivləri barədə məlumat vermək olub.

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.