...

Ofis və İstehsalat ziyarəti – “Qayo Group”

Ofis və İstehsalat ziyarəti – “Qayo Group”

“Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Gənc Sahibkar” qrupunun iştirakçıları bu dəfə Qayo Group-un istehsalatını ziyarət ediblər. Uşaqlar istehsalat sahəsini gəzərək kabel, boru və salafan istehsalı ilə tanış olublar. Bu məhsulların tərkib hissələri, onların tərkibindəki əsas maddələr və istehsal prosesi ilə yaxından tanış olaraq məlumat alıblar.

Görüşün davamında Qayo Group-un ofisində şirkətin direktoru Vüqar Səfərov bu sahəyə olan ehtiyac və bazarda brend olaraq öz məhsullarının tanınması üçün diqqət etdikləri iş təcrübələrini və prinsiplərini iştirakçılarla bölüşüb. Ümumilikdə uşaqlar üçün bu ekskursiya həm maarifləndirici həm də maraqlı olub.

Ən sonda isə Qayo Group-a xatirə hədiyyəsi təqdim etdik.

İş fəaliyyətinə 2007-ci ildən başlamış Qayo Group yerli və xarici istehsal olan boru və fitinqlərin eyni zamanda müxtəlif çeşiddə santexnika məhsullarının, müxtəlif rənglərdə təkdamarlı və çoxdamarlı naqillərin daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir.

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.