“Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində iştirakçılar bu dəfə bir çox avtomobil brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi olan “Autolux” şirkətində unudulmaz təcrübə yaşayıblar. Əvvəlcə ofisdə təşkil olunan çay süfrəsi ətrafında şirkətin müştəri xidmətləri üzrə rəhbəri Samirə Qədirova “Autolux”un fəaliyyəti ilə bağlı təqdimat edib. Ardından uşaqlar şirkətin qalereyasını ziyarət edərək müxtəlif markalı avtomobillərlə tanış olublar. Maraqlı ekskursiyada Samirə xanımın rəhbərliyi ilə onlar idman avtomobillərini, avtomobil sənayesindəki yenilikləri kəşf ediblər. Günümüzün ən son texnoloji inkişaflarını və yeniliklərini ehtiva edən avtomobillərlə yaxından tanış olan uşaqlar üçün maraqlı bir təcrübə olub. Bununla yanaşı şirkətin necə fəaliyyət göstərdiyini, satış strategiyalarını və müştəri münasibətlərini müşahidə edərək yeni baxış bucaqları kəşf etmək imkanı əldə ediblər.
Azərbaycan Avtomobil bazarının əsas oyunçularından olan “Autolux”, 2012-ci ildə təsis olunmuşdur. Şirkət, ilk öncə milyonların arzusu olan Ferrari brendini daha sonra Lamborghini və Collezione Automobili, Lamborghini brendlərinin rəsmi təmsilçisi olmuşdur. Brend sıralamasını Aston Martin ilə davam etdirən Autolux Azərbaycan 2017-ci ildə FCA Group-a aid olan digər 7 brendin – Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep-in rəsmi təmsilçisinə çevrilmişdir. Həmçinin, müştərilərin rahatlığını təmin etmək məqsədilə, bütün brend sıralaması üçün texniki xidmət də təklif edir.
Bir yanıt yazın