...

Ofis Ziyarəti – “Focus Optika”

Ofis Ziyarəti – “Focus Optika”

23 sentyabr tarixində “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Gənc Sahibkar” və “Sahibkarlıqda Mühəndislik” qruplarının iştirakçıları ilə Azərbaycanın ən böyük optik şəbəkələrindən biri olan “Focus Optika” şirkətinə ofis ziyarəti təşkil etdik. Burada uşaqlar çay süfrəsi ətrafında şirkətin təklif etdiyi keyfiyyətli məhsullar, “Free-Form” texnologiyası ilə hazırlanmış optik şüşələr, son dəbə uyğun çərçivələr və həyata keçirilən maarifləndirici fəaliyyətlərlə tanış oldular. Həmçinin onlar “Focus Optika”nın marketinq direktoru Tamerlan İsmayılovun təqdimatında göz sağlamlığı haqqında maarifləndilər. Bununla yanaşı görüş çərçivəsində uşaqlar üçün göz müayinəsi təşkil olundu.

Nəzərinizə çatdıraq ki, “Focus Optika”nın məqsədi insanları göz sağlamlığı mövzusunda maarifləndirərək onları doğru istiqamətləndirmək, təcrübəli optik məsləhətçilər və oftalmoloqların nəzarətində müştərilərə son texnologiyalarla hazırlanmış keyfiyyətli optik məhsullar təqdim etməkdir.

Bu tədbirlər uşaqlara müxtəlif peşə sahələrini tanımaq imkanı verir və onları gələcəkdə öz maraqlarına və məqsədlərinə uyğun kariyera yoluna yönəltmək üçün dəyərli təcrübə və görüşlər təqdim edir.

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.