30 sentyabr “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Gənc Sahibkar” və “Sahibkarlıqda Mühəndislik” qruplarının iştirakçıları ilə səhiyyə sahəsində eksklüziv xəbər şəbəkəsinə malik, ilk audiovizual platforma olan “Medical Media” şirkətinin ofisini ziyarət etdik. Uşaqlar üçün əyləncəli və faydalı olduğunu düşündüyümüz ekskursiyada “Medical Media”nın rəhbəri Azər Xudiyev çay süfrəsi ətrafında medianın dərinliklərindən danışdı. O, yayım resursları üzərindən fasiləsiz canlı yayımlar, hər gün yenilənən xəbər saytı, televiziya, beynəlxalq onlayn konfransların təşkili ilə bağlı ətraflı məlumat verdi.
Bununla yanaşı, uşaqlar şirkətin studiosunu gəzərək müxtəlif fəaliyyətlərin gerçəkləşdirildiyi məkanlarla yaxından tanış oldular. Burada onlar, vizual və audio elementləri birləşdirən studio mühitində canlı yayımların necə yaradıldığını və prosesin səhnə arxasını müşahidə etdilər.
Uşaqlar üçün bu ekskursiya onlara əsl studiya mühitində olmanın həyəcanını yaşayaraq media sənayesinin geniş sahələrini anlamağa kömək etdi.
Bir yanıt yazın