...

“Peşələrarası səyahət” layihəsi çərçivəsində ilk səfərimiz – “Məlhəm Beynəlxalq Hospital”

“Peşələrarası səyahət” layihəsi çərçivəsində ilk səfərimiz – “Məlhəm Beynəlxalq Hospital”

2 dekabr tarixində “Peşələrarası səyahət” layihəsi çərçivəsində “Gənc Sahibkar” və “Sahibkarlıqda Mühəndislik” qruplarının iştirakçıları ilə ilk təcrübəmiz “Məlhəm Beynəlxalq Hospital”da baş tutdu. Hospitalın icraçı direktoru Sevda Əlizadə uşaqlarla görüşərək, klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri barədə məlumat verib onları hospital ilə yaxından tanış etdi. Layihə çərçivəsində uşaqlara təcili tibbi yardım briqadası tərəfindən tibbi müayinə edildi. Bununla yanaşı, uşaqları ambulansdaxili tibbi müayinə prosesi ilə yaxından tanış etdilər.

Qeyd edək ki, “Məlhəm Beynəlxalq Hospital” xəstələrin daim diqqət mərkəzində saxlanılmasını, onların hər birinə unikal müalicə tətbiq olunmasını və onların xüsusi diqqət, şəfqət və hörmət ilə əhatələnməsini qarşısına məqsəd qoyur.

Görüş ilkin tibbi yardımın göstərilməsinə dair müzakirələrlə davam etdi. Sonda isə “Marsol Development Center“ tərəfindən hospitala xatirə hədiyyəsi təqdim edildi.

Nəzərinizə çatdıraq ki, bu layihənin əsas məqsədi uşaqlara gələcəkdə öz peşə seçimlərini doğru seçmək və onların düzgün yöndə istiqamətlənməsinə dəstək omaqdır.

Tibb sahəsində uşaqların maariflənməsinə vasitəçi olan Sevda xanıma və peşəkar həkim heyətinə təşəkkür edirik.

Bir yanıt yazın

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.